"HRENGİNEERİNG" MMC menecment,
liderlik və digər mövzularda təlimlər və beynəlxalq tədbirlər təşkil edən
Türkiyənin “SAHARA GROUP” şirkəti tərəfindən bu ilin sentyabrında keçiriləcək
“Executive Leadership & AI Transformation Summit”in (bundan sonra - Sammit)
Azərbaycan üzrə rəsmi tərəfdaşı və təmsilçisi seçilib.
Müəssisə və təşkilatların yuxarı rəhbər
heyətini və strateji qərarvericilərini bir araya gətirən Sammit 8-10 sentyabr 2025-ci il tarixlərində İstanbulun
Barcelo Hotelində baş tutacaq. “Süni intellektin
liderlikdə rolu” mövzusuna həsr olunmuş Sammitdə Əlcəzair, Qətər, Fransa, Türkiyə
və digər ölkələrdən sahə üzrə peşəkar mütəxəssislər çıxış edərək, öz təcrübə və
biliklərini bölüşəcəklər.
Sammit çərçivəsində iştirakçılar üçün İstanbulun
müxtəlif tarixi və mədəni məkanlarına ziyarətlər təşkil olunacaq.
Sammitdə iştirak edən müəssisə və təşkilat
rəhbərləri, həmçinin strateji qərarvericilər süni intellektin liderlik və təşkilati
transformasiyada yaratdığı imkanlar, onların iş dünyasına təsiri və bu
imkanlardan idarəetmədə istifadə yolları barədə tövsiyələr əldə edəcəklər. Bununla
yanaşı proqram çərçivəsində rəqəmsal transformasiya strategiyaları, generativ
AI texnologiyalarının biznesdə tətbiqi, etik və hüquqi aspektlər barədə maarifləndirici
çıxışlar olacaq.
Əlavə olaraq qeyd edirik ki, iştirakçılar
qlobal liderlərlə şəbəkələşmə, müxtəlif sənaye sahələrindən uğurlu süni
intellekt nümunələri ilə tanışlıq, peşəkar inkişaf və əməkdaşlıq imkanlarından
yararlanacaqlar.
Tədbirin təşkilatçısı Azərbaycan üzrə
yeganə təmsilçi “HRENGINEERING” MMC vasitəsilə qeydiyyatdan keçən Azərbaycan vətəndaşlarına
xüsusi endirimli iştirak haqqı təklif edir.
Qediyyat və ətraflı
məlumat üçün +99410 260 11 16 telefon nömrəsi və ya [email protected]
e-mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd edək ki, “HRENGINEERING” MMC insan
resursları, karyera inkişafı, HR sistemlərinin qurulması, təşkilati
transformasiya, layihə idarəetməsi, proseslərin avtomatlaşdırılması və
outsource xidmətləri sahəsində ixtisaslaşmış yerli şirkətdir. “HR Forum Baku” və
“HR Summit Baku” tədbirlərinin müəllifi olan şirkət innovativ yanaşmaları və
strateji həlləri ilə seçilir.