Ölkənin
birinci bankı Kapital Bank dünyanın ən nüfuzlu biznes mükafatlarından biri olan,
“İş dünyasının Oskarı” kimi dəyərləndirilən “Stevie Awards” proqramında 5
kateqoriya üzrə mükafat qazanıb.
2002-ci
ildən etibarən keçirilən “Stevie Awards”, dünyada ən çox iştirakçının qatıldığı
beynəlxalq biznes mükafat proqramlarından biridir. 2025-ci ildə proqramda Beynəlxalq
Biznes Mükafatları (“International Business Awards”) çərçivəsində 78 ölkədən
3800-dən çox müraciət dəyərləndirilib və yüzlərlə beynəlxalq layihə 22 əsas, 661
alt kateqoriyada yarışıb.
İnnovativ
texnologiyaların tətbiqi və müştəriyönümlü
proseslərlə bağlı layihələrlə proqrama qatılan Kapital Bank “İstehlakçı xidmətləri” nominasiyasında
proqramın qızıl mükafatı “Gold Stevie Winner”, “İstehlakçı xidmətləri üzrə ilin liderlik kampaniyası”, “İlin müştəri xidməti departamenti”, “Müştəri xidmətləri üzrə həllər” və “Müştəri məmnuniyyətində nailiyyət”
nominasiyalarında isə “Silver Stevie Winner” gümüş mükafatlarına layiq görülüb.
Kapital
Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov bu haqda fikirlərini
bölüşüb: “Kapital
Bank olaraq, müştərilərimizin etimadını qazanmaq və onlara ən yüksək keyfiyyətli
xidmətləri təqdim etmək bizim üçün ən prioritet məsələdir. “Stevie Awards” kimi
nüfuzlu mükafat isə komandamızın peşəkarlığının, işinə bağlılığının və müştəri
məmnuniyyətini ön planda tutmağının nəticəsidir. Biz hər zaman innovativ
yanaşmalarla müştərilərimizin ehtiyaclarına cavab verməyə çalışırıq. Bu kimi
beynəlxalq uğurlar göstərdiyimiz səylərin doğru yöndə olduğunu təsdiqləyir.
Əminəm ki, bu mükafatlar müştəri xidmətləri sahəsindəki liderliyimizi daha da
gücləndirmək və daha böyük uğurlar üçün komandamıza ilham olacaq” .
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA
Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52
şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi
üçün – https://kbl.az/prcrc.