Nizamsız və keyfiyyətsiz yuxu yalnız yorğunluğa deyil, eyni zamanda çəki artımına səbəb ola bilər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, araşdırmalar göstərir ki, yuxu rejiminin pozulması iştahı tənzimləyən hormonlara — qrelin və leptinə — birbaşa təsir edir.
Qeyri-kafi yuxu aclıq hissini artırır, toxluq siqnallarını isə zəiflədir. Bu da daha çox kalori qəbuluna və nəticədə çəki artımına səbəb olur.
Ekspertlər qeyd edirlər ki, yuxusuzluq həmçinin insulinə həssaslığı azaldır, bu isə bədənin daha çox yağ yığmasına şərait yaradır.
Mütəxəssislər sağlam çəkiyə nəzarət üçün nizamlı və keyfiyyətli yuxunun qidalanma və fiziki aktivlik qədər vacib olduğunu vurğulayırlar.