Yağıntılı hava nə vaxtadək davam edəcək?

11:41 - 15 Avqust 2025

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Azərbaycan ərazisində avqustun 15-i saat 11:00-a olan faktiki hava açıqlanıb.


Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bəzi bölgələrdə arabir yağış yağıb, şimşək çaxıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 mm-dək qeydə alınıb.

Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az