Tibb Universitetində təhsil haqqı niyə artırılıb?

12:24 - 15 Avqust 2025

Tibb Universitetində təhsil haqqı niyə artırılıb?

Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib. Bəs görəsən, artımın səbəbi nədir?


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb:

"Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb".

Qeyd edək ki, artımın konkret səbəbi ilə bağlı sualımız cavabsız qalıb.

Xatırladaq ki, ATU-da təhsil haqlarının artırılması ilə bağlı ilk xəbər "Kaspi" qəzetində yayımlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az