4998 gənc diplomunun tanınması üçün müraciət edib.
Manset.az AzEdu.az-a istinadən xəbər verir ki, Elm və Təhsli Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bildilirb ki, 2024-2025-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olmuş 4998 müraciətçinin 4077-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.
Ancaq 921 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.
Xarici diplomların tanınmamasının əsas səbəbləri
Qeyd edilən tarixlərdə xaricdə əldə edilən kvalifikasiyaların ölkə ərazisində əsas tanınmama səbəbləri aşağıdakı kimi təsnifatlandırılıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma; Autentik (həqiqi) olmayan diplom; Ekvivalenti olmayan ixtisas; Təhsilalma forması; Akkreditasiyasız ali təhsil müəssisəsi.
Ən çox müraciət olunan ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 1453, Rusiya Federasiyasından 1367, Ukraynadan 1033, Gürcüstandan 220, Birləşmiş Krallıqdan 198, Belarus Respublikasından 147, Macarıstandan 74, Polşa Respublikasından 70, Amerika Birləşmiş Ştatlarından 49, İtaliya Respublikasından 48 müraciət edilib.
Rəqəmlər göstərir ki, 2024-2025-ci tədris ilində xaricdə təhsil alan azərbaycanlı gənclərin əksəriyyəti diplomlarının tanınması üçün müsbət qərar alıb.
Lakin 4 998 müraciətdən 921-i rədd edilib ki, bu da təxminən beşdə birinə bərabərdir. Bu reallıq onu da diqtə edir ki, hər bir halda gənclərimiz təhsil üçün xaricə üz tutanda seçimlərinə də diqqətli yanaşmalıdırlar. Bəzən elə universitetlər seçilir ki, onun adı belə elm və təhsilə məlum deyil.