Bəzi tibbi əməliyyatlar keçirmiş şəxslər hərbi xidmətə yararsız hesab olunur və çağırışdan azad edilir. Bəs öd kisəsi çıxarılan şəxslər hərbi xidmətə yararlı hesab olunur?
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, "Öd kisəsinin cərrahi yolla çıxarılması - xolesistektomiya əməliyyatı" diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar müəyyən qaydalar əsasında qiymətləndirilir.
"Bu qiymətləndirmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsaslanır. Sözügedən sənədin "Xəstəliklər cədvəli"nin I qrafasına uyğun olaraq, belə çağırışçılar "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" hesab edilirlər".