Bakıda evləri qarət edənlər tutuldu

13:44 - 16 Avqust 2025

Bakıda evləri qarət edənlər tutuldu

Bakının Xəzər rayonu ərazisində yerləşən mağazaların birindən 2616 manat oğurlanıb. 


Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törədən şəxsin 23 yaşlı R.Rzayev olduğu müəyyən edilərək saxlanılıb. 

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə zərərçəkmişin evindən 1400 manat pul oğurlayan 33 yaşlı X.Məmmədov tutulub. Onun üzərindən narkotik vasitə marixuana da aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az