Bakıda həkimlər əməliyyat zamanı "qılınclaşdı" – Görüntülər narazılıq yaratdı

17:35 - 19 Avqust 2025

Bakıda həkimlər əməliyyat zamanı \"qılınclaşdı\" – Görüntülər narazılıq yaratdı

Bakıda liposaksiya prosesini icra edən şəxsin peşə fəaliyyətinə zidd olan görüntüləri yayılıb.


Manset.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərə əsasən, Gülbadə Abdullayeva və onun həmkarları narkoz altında olan pasiyentin üzərində prosesi icra etdikləri alətlə rəqs edərək "qılınc-qılınc" oynayıblar.

Sözügedən görüntülər sosial şəbəkədə narazılığa səbəb olub. Pasiyentin bədəninin açıq formada videoda əks olunması isə konfidensiallıqla yanaşı, onun hüquqlarının pozulması kimi dəyərləndirilir.

Görüntüləri paylaşan Pərvin Abışovanın sözlərinə görə, sözügedən həkim əvvəl saç ustası olub və indi isə "Dost" Estetik Mərkəzində həkim kimi fəaliyyət göstərir.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az