“Respublika” qəzeti bağlandı - Baş redaktora yeni vəzifə verildi

15:10 - 20 Avqust 2025

“Respublika” qəzeti bağlandı - Baş redaktora yeni vəzifə verildi

"Respublika" qəzeti avqustun 17-dən fəaliyyətini dayandırıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında qəzetin keçmiş baş redaktoru Hümbət Musayev bildirib.

"Bəli, Prezidentin 11 iyul 2025-ci il fərmanına uyğun olaraq, komplekləşdirmə ilə əlaqədar qəzetin fəaliyyəti dayandırıldı. Axırıncı nömrəmiz avqustun 17-də çıxdı, sonra qəzet fəaliyyətin işinə son verdik".

H.Musayev yeni yaradılan "Xalq" qəzetində hazırda baş redaktorun müavini vəzifəsini icra etdiyini qeyd edib:

"Respublika"nın əməkdaşları birləşmə ilə bağlı sərəncamın müddəalarına uyğun olaraq, yeni yaradılan "Xalq" adlı qəzetdə işlə təmin olunub. Mən hazırda baş redaktorun müaviniyəm, baş redaktor Əflatun Amaşovdur".

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin iyul ayının 11-də “Respublika” qəzeti və “Xalq qəzeti redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması ilə bağlı fərman imzalayıb. 

Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı yeni yaradılan “Xalq” qəzetinə keçib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az