Bakının Nərimanov rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 21-i saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Qaz verilişində fasilə Nərimanov rayonunun H.Əliyev prospekti, Ə.Əliyev, N.Hacıyev, Təbriz, Ə.Orucəliyev, F.Yusifov, A.Nemətulla, M.Məmmədzadə və A.M.Cümə küçələrini əhatə edəcək.
***
22:18
Ordubad rayonunun bəzi ərazilərində yeni qaz tənzimləyici quraşdırılması ilə bağlı qaz təchizatı dayandırılacaq.
Manset.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.
Bildirilib ki, Ordubad şəhərinin Üçtürləngə küçəsində, həmçinin Ordubad rayonunun Anabat, Gənzə, Aşağı Əndəmic, Yuxarı Əndəmic və Nüsnüs kəndlərində (917 abonent) avqustun 21-i saat 11:00-dan 12:00-dək, Ordubad şəhərinin C.Hüseynov küçəsində (85 abonent) isə saat 11:00-dan 13:00-dək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.