Xocavənddə yanğına səbəb olan şəxs tutuldu

20:51 - 24 Avqust 2025

Xocavənddə yanğına səbəb olan şəxs tutuldu

Avqustun 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az