- TikTok
Yaxın Şərq, Asiya və Afrika ölkələrində, o cümlədən Azərbaycanda reklam sahəsində
TikTok Ad Awards 2025 adlı kreativ mükafatın başladıldığını elan etdi. Mükafatlandırma
mərasimi dekabr ayında Ər-Riyadda keçiriləcək və burada TikTok-un xüsusi
imkanlarından istifadə edərək parlaq, nəticəyönümlü marketinq kampaniyaları
hazırlayan brendlər və agentliklər mükafatlandırılacaq.
TikTok artıq ikinci il ardıcıl olaraq beynəlxalq
Ad Awards mükafatını keçirir. Onun əsas məqsədi regionda ən ilhamverici reklam
kampaniyalarını önə çıxarmaq, orijinallıq, yaradıcılıq və emosiyanı təsirli
biznes nəticələri ilə birləşdirməyi bacaran brendləri vurğulamaqdır.
Müraciətlərin qəbulu artıq açıqdır və 1
oktyabr 2024-cü ildən 31 oktyabr 2025-ci ilədək TikTok-da həyata keçirilmiş
reklam kampaniyalarını əhatə edir. Azərbaycan brendləri və agentlikləri ilə
yanaşı, mükafata Qazaxıstan, Türkiyə, Kipr, Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar,
Livan, İraq, Misir, Mərakeş, Keniya, Nigeriya, Cənubi Afrika, Pakistan,
Banqladeş və Şri-Lankanın nümayəndələri də qatıla bilərlər.
Bu il iştirakçılar yeddi nominasiya üzrə
müraciət edə bilərlər. Hər bir kateqoriya TikTok-da reklam kampaniyalarının
uğuru üçün vacib olan əsas məqamlardan birini əks etdirir:
1.
It’s
the Creative for Me (Yaradıcı potensial). Bu kateqoriyada əsas
meyar yaradıcı ideya və strategiyadır. Bu kateqoriya TikTok-da kampaniyalarını
həyata keçirərkən cəsarət göstərən, yaradıcılığın sərhədlərini genişləndirən və
təsirli nəticələr əldə edən brendlər və agentliklər üçün açıqdır.
2.
Community
Core (İcmanın səsi). Bu kateqoriyada TikTok
yaradıcılarının ən yaxşı şəkildə cəlb edilməsi və platforma icması ilə ən səmərəli
iş qiymətləndirilir.
3.
Full
Funnel Flex (Bütün mərhələlərə fokus). Bu kateqoriya
marketinq hunisinin bütün mərhələlərində – tanınmadan konversiya və satışa qədər
– ölçülə bilən nəticələr göstərən inteqrasiya olunmuş strategiyalara malik
kampaniyaları əhatə edir.
4.
Big
Branding Energy (Brendin gücü). Bu kateqoriyada hekayə anlatımı vasitəsilə özünü parlaq şəkildə
göstərən yaradıcı və brendin tanınmasını əhəmiyyətli dərəcədə artıran
kampaniyalar qiymətləndirilir.
5.
Goal
Digger (Hədəfə çatmaq). Bu kateqoriyada brendlərə
konkret biznes nəticələri qazandıran, reklam xərclərinin səmərəliliyini
artıran, konversiya göstəricilərini və satışları yüksəldən — reklam
kampaniyaları qiymətləndirilir.
6.
Bougie
on a Budget (Büdcə önəmli deyil). Bu kateqoriya, büdcə və
resurs məhdudiyyətlərinə baxmayaraq, orqanik və ödənişli məzmunu səmərəli birləşdirərək
maksimal təsir əldə edən və platforma icmasını heyrətləndirən kampaniyalar üçün
nəzərdə tutulub.
7.
Sound
On Please (Səs yüksək olsun). Bu kateqoriya, səs
effektinin yaradıcı ideyanın əsasını təşkil etdiyi və kampaniyanın ən parlaq şəkildə
həyata keçirilməsinə imkan verdiyi reklam layihələri üçün nəzərdə tutulub.
The
People's Choice (İctimai seçim). Bu kateqoriyada qalib,
mükafatlandırma mərasiminin qonaqlarının səs verdiyi kampaniya olacaq.
Mükafatın əsas qalibi ən yüksək mükafatı
alacaq – The Greatest Of All Time (The
G.O.A.T "Ən Böyük Əfsanə"). Bu mükafat yaradıcı yanaşması ilə
seçilən və istənilən nəticələrə maksimum effektivliklə nail olan ən yaxşı
kampaniyaya təqdim ediləcək. Mükafatın məqsədi – mədəniyyətə parlaq nümunə
yaradan, istifadəçilərə sevinc və zövq bəxş edən və ümumilikdə TikTok icmasına
müsbət təsir göstərən brendi önə çıxarmaqdır. G.O.A.T mükafatına namizədlik avtomatik olaraq yeddi əsas
kateqoriyadan hər hansı birinə müraciət etmiş bütün iştirakçılara şamil
olunacaq.
“Keçən il gördüyümüz inanılmaz yaradıcılıq səviyyəsindən
sonra TikTok Ad Awards-u ikinci dəfə keçirməkdən məmnunuq,” – deyə TikTok-un
Yaxın Şərq, Türkiyə, Afrika, Mərkəzi və Cənubi Asiya üzrə Qlobal Biznes Həlləri
departamentinin baş direktoru Şadi Kandil bildirib. – “Bu mükafat sadəcə reklam
üçün deyil, mədəni hadisəyə çevrilən, ilham verən və real biznes nəticələri gətirən
layihələr üçündür. Bu il brendlər və agentliklər tərəfindən təqdim olunacaq cəsarətli
və innovativ işləri səbirsizliklə gözləyirik.”
Müraciətlərin qəbulu 31 oktyabr 2025-ci ildə
başa çatacaq. Mükafatla bağlı ətraflı məlumat və müraciət forması sayt vasitəsilə
təqdim olunur: https://tiktokadawardsmetapee.com/2025.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim
missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.