Yatmazdan əvvəl bunları yeyin

01:30 - 26 Avqust 2025

Yatmazdan əvvəl bunları yeyin

Düzgün şam yeməyi yuxunun keyfiyyətini yaxşılaşdıra və yuxuya getməyi asanlaşdıra bilər.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, hansı məhsulların yuxuya kömək etdiyini, hansılarının isə əksinə mane olduğunu "Gazeta.Ru"ya praktik dietoloq İrina Popkova danışıb.

Mütəxəssis yatmazdan əvvəl yemək üçün faydalı məhsulları sadalayıb:

Tərəvəz və meyvələr (banan, kivi, albalı) – rahatlanmaya kömək edən melatonin və maqniumla zəngindir.

Yavaş həzm olunan karbohidratlar (qarabaşaq, yulaf, batat) – orqanizmin sakit rejimə keçməsini asanlaşdırır.

Triptofanla zəngin məhsullar (hindi əti, balqabaq toxumu, badam) – yuxu hormonunun istehsalında iştirak edir.

Bitki çayları (çobanyastığı, melissa) – sinir sistemini sakitləşdirir.

"Axşam yağlı ət və kolbasadan imtina edin – onlar ağır həzm olunur və yuxuya mane olur. Qəhvə, qara çay və şokolad kofeinlə zəngindir, oyaq saxlayır və yuxuya getməyə çətinlik yaradır. Əgər bu problem varsa, kofeinli məhsulları günorta saat 14:00-dan, daha yaxşısı isə 12:00-dan sonra qəbul etməmək lazımdır. Acılı və duzlu yeməklər susuzluq və narahatlıq yaradır. Şirniyyat və ağ çörək isə qan şəkərini kəskin qaldıraraq yuxunu poza bilər. Optimal variant yatmazdan 2–3 saat əvvəl yüngül yeməklər yeməkdir", – deyə o izah edib.

Dietoloq möhkəm yuxu üçün şam yeməyinin üç sadə qaydasını qeyd edib:

Yüngüllük – az yağlı zülallar (balıq, toyuq) və tərəvəzlər seçin.

Balans – mürəkkəb karbohidratlar və bir az faydalı yağlar (avokado, qoz-fındıq) əlavə edin.

Vaxt – yeməyi yuxudan 2–3 saat əvvəl qəbul edin ki, qida həzm olunsun.

"Yaxşı yuxu üçün ideal şam yeməyi – yüngül və balanslaşdırılmışdır. Rasionunuzu bir az dəyişməyə çalışın, yuxunuz artıq bir neçə günə möhkəmlənə bilər", – deyə mütəxəssis məsləhət görüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az