Azərbaycanda zəlzələ baş verib
Manset.az-ın əldə etdiyi məlumata görə, zəlzələ Goranboy rayonu ərazisində hiss olunub.
İlkin məlumatlara əsasən, zəlzələnin maqnitudası təxminən 6 bala yaxın olub.
Əlavə məlumat veriləcək.
***
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Xəzər dənizində 6 bal gücündə zəlzələ qeydə alınıb.
***
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələ Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində 4-3 bal gücündə hiss olunub.