Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə Azərbaycanda zəlzələ hiss olunub. Bu barədə məlumat sosial şəbəkələrdə və xəbər portallarında geniş şəkildə yayılıb.
Manset.az məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb. O, açıqlamasında zəlzələnin o qədər də güclü olmadığını bildirib:
"Zəlzələ Xəzər dənizinin şimal sahillərində, Dağıstan ərazilərində qeydə alınıb. Mən hazırda Qubadayam. İndi əməkdaşlarımız dəqiq hesablamalar aparır. Amma ilkin ehtimala görə, zəlzələnin gücü təxminən 3-4 bal arasında olub. Hadisə Xəzərin dərinliyində baş verib.”