Nurlan Hacıyev yüksək vəzifəyə təyin edildi - FOTO

21:26 - 27 Avqust 2025

Nurlan Hacıyev yüksək vəzifəyə təyin edildi - FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, xəbər verir ki, Naxçıvan maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib.

N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində "Gömrük işinin təşkili" və "Ümumi iqtisadiyyat" ixtisasları üzrə ali təhsil alıb.

Qeyd edək ki, əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan Hacıyev sonrakı illərdə "Naxçıvanbank ASC"nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az