3 şəhidimiz sabah dəfn ediləcək

10:25 - 28 Avqust 2025

3 şəhidimiz sabah dəfn ediləcək

Sabah daha 3 itkin şəhidimiz dəfn ediləcək.


Manset.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Rizvan Qara oğlu Hacıyev avqustun 29-u saat 13:00-da Kürdəmir rayonunda yerləşən Qocalı kənd qəbiristanlığında, Sumbat Nüdrət oğlu Əliyev saat 14:00-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, Natiq Zeynal oğlu Kərimov isə saat 16:00-da Qax rayonunun Oncallı kənd qəbiristanlığında dəfn ediləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az