Bakıda bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Manset.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 29.08.2025-ci il saat 10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Kürdəxanı qəsəbəsinin, Zabrat qəsəbəsinin Yeni Sahə və Badamlıq yaşayış massivlərinin və Lökbatan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
***
14:16
Biləsuvar rayonunda sızma ilə əlaqədar sabah 800-dən çox abonentin qaz təchizatı dayandırılacaq.
Manset.az-ın məlumatına görə, rayonun Xırmandalı kəndindən keçən təbii qaz xəttində aşkar olunmuş sızmanın qarşısının alınması məqsədilə avqustun 29-da saat 10:00-dan başlayaraq kəndin bir hissəsində, ümumilikdə 839 abonentin mavi yanacaqla təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.