Azərbaycanda məşhur tiktoker həbs edildi - FOTO

17:12 - 29 Avqust 2025

Azərbaycanda məşhur tiktoker həbs edildi - FOTO

“Miray” kimi tanınan tiktoker Aysel Mustafayeva həbs edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.  

“Miray” polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Tiktoker Cinayət Məcəlləsinin 234.1-ci ( satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az