Lisey direktorunun ölkədən çıxışına “stop” qoyuldu

15:38 - 01 Sentyabr 2025

Lisey direktorunun ölkədən çıxışına “stop” qoyuldu

Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353,19 manat vergi borcunun olmasıdır.

İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsin üçün müraciət edilib.

Məhkəmənin qərarı ilə 1972-ci ildə Bakı şəhərində аnаdаn оlmuş direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az