Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
9. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən akad. Həsən Əliyev küçəsi istiqamətində;
10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
11. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.