"Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı" - Elşad Hacıyev

21:26 - 03 Sentyabr 2025

\"Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı\" - Elşad Hacıyev

"Bəli" deməyə yaşı çatmayanların toyuna icazə yoxdur. Əziz valideynlər, yaşı çatmayan övladlarınızı evləndirməkdən çəkinin".


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Zərdab rayonunda toy mərasiminin qarşısı niyə alınıb? Bilirsiniz ki, olmaz, qadağandır. Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı. Göz yummadıq, toyun dayandırılmasını təmin etdik, təşkilatçıları isə cinayət məsuliyyətinə cəlb etmədik. Bu, belə fikirdə olan insanlara siqnal olmalıdır. Unutmayın ki, təkcə hüquq və qanun deyil, cəmiyyət də erkən nikahları qəbul etmir. Qanuni tələblərə hər kəs hörmətlə yanaşmalı, rəhbər prinsiplərə əməl etməlidir", - deyə DİN rəsmisi qeyd edib.

Xatırladaq ki, Zərdabda şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsinin qarşısı alınıb. 

Valideynlər 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az