"Yığılan pullar hara gedir?" — Deputat AYNA-ya səsləndi

14:36 - 05 Sentyabr 2025

\"Yığılan pullar hara gedir?\" — Deputat AYNA-ya səsləndi
"Bu sualı mən AYNA-ya vermək istəyərdim, yığılan pullar hara gedir, hara xərclənir? İnsanların bunu bilməsinin heç bir ziyanı yoxdur, əksinə, biləndə insanlar daha həvəslə ödəniş edirlər, xidmət gözləyirlər. Hesab edirəm ki, AYNA bu barədə ictimaiyyətə bir dəfə yox, davamlı məlumatlar verməlidir”.


Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat eyni zamanda şəhərimizdə travmay görmək istədiyini qeyd edib:

“Velosiped zolaqları Bakını daha cəlbedici, müasir görünməsi, insanların velosipeddən istifadə etməklə sağlamlıqlarının qorunması üçün çox gözəl vasitədir. Bunu mən çox bəyənirəm. Eyni zamanda gələcəkdə Bakıda tramvay xəttinin salınacağı bildirilir, bu da çox gözəl olardı. Tramvay tələbəlik illərimizdən xatirədir. Hazırda Avropanın bütün şəhərlərində tramvay xəttləri var”. 

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az