Piyadanı vuran sürücü yolun ortasında döyüldü - ANBAAN GÖRÜNTÜ

17:11 - 05 Sentyabr 2025

Piyadanı vuran sürücü yolun ortasında döyüldü - ANBAAN GÖRÜNTÜ

Paytaxtın Nərimanov rayonunun Azad Hümbətov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra dava-dalaş baş verib.


Manset.az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, “Toyota Aqua” markalı avtomobil yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsində qadını vurub, nəticədə yüngül yaralanan piyada yerə yıxılıb.

Bu zaman minik avtomobilinin sürücüsü maşını bir neçə metr önə sürərək dərhal saxlayıb. Qadının yanında olan kişi isə avtomobilin ön qapısını açaraq sürücüyə hücum edib, ona zərbələr endirib. Ətrafdakı şəxslərin köməyi ilə o sakitləşdirilib.

DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli sorğumuza cavab olaraq bildirib ki, hadisə sentyabrın 4-ü qeydə alınıb: “Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsindən qaynaqlanan insident barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla “Toyota” markalı avtomobilin sürücüsünün piyadanı vurması, daha sonra isə sürücü və piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranması müəyyənləşdirilib. Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir”.

Hadisə anının görüntülərini təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az