Populyarlığına görə qəhvə uzun illərdir rekordlar qırır. Bir çox qəhvə sevərlərin evində cəzvə, geyzer tipli qəhvəbişirən və ya qəhvə aparatı var.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, ən vacib məsələ bu avadanlıqlarda istifadə olunacaq qəhvəni düzgün seçməkdir.
Qəhvənin qovrulma dərəcəsi və üyüdülməsiQutunun üzərində qəhvənin qovrulma dərəcəsi göstərilir: açıq, orta və ya tünd. Bəzən istehsalçılar bunu 1-dən 5-ə qədər bal sistemi ilə qeyd edirlər.
Açıq qovurma – meyvəli dad, nəzərə çarpan turşluq.
Orta qovurma – şirinlik və turşluğun balansı.
Tünd qovurma – acılıq, qara şokolad və karamell notları, minimal turşluq.
Açıq və orta qovurma filtrlər üçün, orta və tünd isə espresso və südlü içkilər üçün uyğundur.
Qutuda qovurma tarixi də olmalıdır. Bu əsas təzəlik göstəricisidir. Evə ən yaxşısı 7–21 gün əvvəl qovrulmuş qəhvə almaqdır. Zəngin dad və ətir 4–5 həftə saxlanır. 2–3 aydan sonra qəhvə keyfiyyətini itirir.
Üyütmə növü də qablaşdırmada göstərilir:
Sürəklə xırda – espresso aparatı üçün.
Xırda – cəzvə üçün.
Orta – aeropress, damcı və geyzer qəhvəbişirən üçün.
İri – french-press üçün.
Qəhvənin dadını necə müəyyənləşdirmək olarDadına ölkə və region da təsir edir:
Efiopiya – giləmeyvəli, sitruslu, yüngül.
Braziliya – qozlu, karamelli, şokoladlı, doyumlu.
Kolumbiya – yumşaq, meyvəli, balanslı.
Keniya – giləmeyvəli, şərab notlu, turşməzəli.
İndoneziya (Yava, Sumatra) – ədviyyatlı, torpaqvari, güclü.
Növlərə gəlincə:
Arabika – incə, meyvə-giləmeyvə dadı və turşməzəlik.
Robusta – sərt, acı, qoz ləzzəti, daha çox kofein.
Qarışıq – ikisinin müxtəlif nisbətlərdə kombinasiyası.
Bəsləyici, güclü içki üçün robusta və ya qarışıq seçilir, filtr üçün isə əsasən arabika.
Qəhvə qablaşdırmasındakı qeydlərBəzən “kakao”, “malina”, “yasəmən” kimi sözlər görmək olar. Bunlar əlavə ətir yox, dequstatorun dadda hiss etdiyi assosiasiyalardır. Şirinlik istəyirsinizsə “karamel”, “şokolad” yazılanı, təravət üçün “sitrus”, “giləmeyvə” olanı seçin. Güclü qəhvədə isə “ədviyyat”, “qara şokolad” kimi qeyd olur.
Qəhvə qablaşdırmasıƏn yaxşısı klapanlı və ya zip-lok bağlamalı paketlərdir. Qəhvənin təzəliyi daha uzun qalır. Hermetik bağlı paketlər də olar, amma kraft kağız və şəffaf paketlərdən çəkinmək lazımdır. Belə qablaşdırmada dənələr tez ətirini itirir.