Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) struktur və kadr dəyişiklikləri olub.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, "Azneft"in baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib və yeni qərarla o, "SOCAR Upstream" xüsusi layihələr üzrə direktor vəzifəsinə təyin edilib.
Əli Qurbanov daha əvvəl "Umid Babək Əmliyyat Şirkəti"nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb. 2024-cü ildə "Azneft"ə baş direktor təyin edilmişdi.
Digər bir qərarla "Azneft"in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.