“Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin işçiləri maaşlarını ala bilmirlər.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə sözügedən marketlərdə çalışan bir qrup işçi ünvanladıqları şikayətdə məlumat veriblər.
Onlar bildiriblər ki, artıq bir neçə aydır ki, əmək haqqlarını ala bilmirlər:
“Dəfələrlə rəhbərliyə müraciət etmişik. Hər dəfə yaxın günlərdə maaşların ödəniləcəyini deyirlər, ancaq bir neçə aydır məvaciblərimizi ala bilmirik”, - deyə şikayətçilər qeyd edib.
Məlumat üçün bildirək ki, adları qeyd olunan marketlər şəbəkələrində ümumilikdə 10 mindən çox işçi çalışır.
Qeyd edək ki, yayılan məlumata görə, “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranıb. Üstəlik, marketlərin təchizatçılara da on milyonlarla vəsaiti ödəmədiyi üzə çıxıb. Bu səbəbdən təchizatçı şirkətlər məhkəməyə müraciət ediblər.