“PASHA Holding” MMC-də yeni təyinat olub.
Manset.az Banker.az-a istinadən xəbər verir ki, Vahidə Rzayeva “PAŞA Holding”in İnsan Resursları və İnzibati işlər departamentinə direktor təyin edilib.
O, 2023–2024-cü illərdə “AzerGold QSC”də İnsan Resursları direktoru olaraq çalışmış, 2011–2022-ci illərdə “Azercell Telekom” MMC-də Təşkilati İnkişaf və Transformasiya Eksperti vəzifəsini icra etmişdir. “PASHA Holding” də fəaliyyətinə 2024-cü ildən başlamışdır.