Bu ay Hindistan ABŞ-ın sanksiyalarına məruz qalmış İranla bağlı 3 tankeri saxlayıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatlı anonim mənbə danışıb.
“Hindistan öz ərazi sularında gəmidən-gəmiyə daşımaların həyata keçirilməsinin qarşısını almağa çalışır və beləliklə, neft karqosunun mənbəyini gizlədən fəaliyyətlərin həyata keçirilməsinə mane olmağı hədəfləyir”,- mənbə qeyd edib.
Əlavə edilib ki, Hindistan qeyri-qanuni ticarətlə mübarizə məqsədilə ərazi sularında nəzarəti gücləndirib.