Koronavirusa yoluxanların sayı AÇIQLANDI

18:32 - 19 Dekabr 2021

Koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 921 yeni yoluxma faktı qeydə alınıb, 1 382 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 586 666 nəfər müalicə olunaraq sağalıb, 8 199 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 453 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 676, bu günə qədər isə ümumilikdə isə 5 750 604 test aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az