Qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edildi

21:17 - 18 Fevral 2026

Qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edildi

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşları ötən il avqustun 17-də Bakıda Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək qeyri-etik videolar çəkməkdə ittiham olunublar.

    Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb və hər üç şəxs həbs olunublar.

    Daha sonra Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Dünən Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirib, cəza iki ildən 6 aya endirilib. Onların həbs müddəti bu gün başa çatıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az