Bu uşaqlara qarşı daha çox anlayış göstərilməlidir - VİDEO

09:44 - 03 Noyabr 2025

Bu uşaqlara qarşı daha çox anlayış göstərilməlidir - VİDEO
“Xüsusi qayğıya ehtiyacı olan uşaqları atan analar da var”


Manset.az xəbər verir ki, bu barədə Zümrüd Rüstəmova və Zahidə Qurbanova  "Zümrüdlə addım-addım" layihəsində  danışıblar.  Cəmiyyətimizdə çox zaman diqqətdən kənarda qalan bir mövzu – xüsusi qayğıya ehtiyacı olan uşaqlar ətrafında aparılan söhbətdə həm sosial münasibətlərin, həm də valideyn məsuliyyətinin önəmi vurğulanıb.

Zahidə Qurbanova öz övladının həyat hekayəsini bölüşərək, valideyn kimi qarşılaşdığı çətinliklərdən, dövlət və cəmiyyət tərəfindən göstərilən dəstəyin yetərli olub-olmamasından söz açıb.

Zümrüd Rüstəmova isə bu uşaqlara qarşı anlayışın artırılmasının, maarifləndirmə və dəstək proqramlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Müzakirə zamanı həmçinin qeyd olunub ki, bəzən xüsusi qayğıya ehtiyacı olan uşaqlar anaları tərəfindən tərk edilir – bu isə cəmiyyət üçün həm sosial, həm də mənəvi baxımdan ciddi problemdir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az