“Neftçi”dən yeni REKORD

13:44 - 03 Noyabr 2025

“Neftçi”dən yeni REKORD

“Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb.


Manset.az xəbər verir ki, “ağ-qaralar” buna Misli Premyer Liqasının X turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etməklə nail olub.

Bakı təmsilçisi cari mövsüm çempionatda ilk böyükhesablı qələbəsini qazanıb. Bu, “Neftçi”nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür.

Paytaxt klubu yalnız iki dəfə – 2009/2010 və 2015/2016 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb. Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az