Məmmədbağır Bağırzadə yad edildi - Fotolar

13:59 - 03 Noyabr 2025

Məmmədbağır Bağırzadə yad edildi - Fotolar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xalq artisti Məmmədbağır Bağırzadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.


Manset.az xəbər verir ki, H.Abbasov adına Mədəniyyət Mərkəzində keçirilən təbirdə aparıcı Məmmədbağır Bağırzadənin həyat və yaradıcığından söz açıb, ustadı Xalq artisti Əlibaba Məmmədovun da 95 illik yubileyi olduğunu bildirib və onun sənət fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

Tədbirdə Xalq artistləri Nazpəri Dostəliyeva,Teyyub Aslanov, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, tanınmış müğənni Rövşən Əziz, Beynəlxalq Muğam Mərkəzinin solisti Hüseyn Məlikov , xanəndə Tural Salmanov, şair Ramiz Abdullayev, sənətkarın oğlu Rahim Bağırzadə və digərləri çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Xalq artisti gözəl ifaları ilə oxuduğu hər bir mahnıya öz dəsti-xəttini həkk etdirib, neçə-neçə Azərbaycan şairinin qəzəl və şerinə musiqi həyatı verib.  Sənətkarın xatirəsinin xalqımız tərəfindən daim böyük hörmətlə anıldığını vurğulayıblar.

Daha sonra Məmmədbağır Bağırzadənin yaradıcılığından nümunələr ifa edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az