Bu ərazilərdə işıq olmayacaq

12:45 - 03 Noyabr 2025

Bu ərazilərdə işıq olmayacaq

Sabah Naxçıvan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.


Manset.az xəbər verir ki, noyabrın 4-də saat 10:00-dan 14:00-dək "Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən 110/35/10 kV-luq "Naxçıvan" yarımstansiyasından çıxan 20 nömrəli 10 kV-luq elektrik verilişi xəttində təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar şəhərin Səməd Vurğun, Şəhriyar və Xətai məhəllələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az