AAYDA -də Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTO

16:05 - 07 Noyabr 2025

AAYDA -də Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTO

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində tədbir təşkil olunub.
 

Manset.az xəbər verir ki, tədbir əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
 
Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov çıxış edərək Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərimizi hörmətlə anıb, qazilərimizə Allahdan şəfa diləyib. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində qazanılmış qələbə Azərbaycanın tarixində dərin iz qoyub və hər bir vətəndaşda yüksək milli ruh, həmrəylik hissi formalaşdırıb.
 
Tədbirdə həmçinin işğaldan azad olunmuş torpaqlarda yeni infrastrukturun qurulması və yol infrastrukturunun inkişafı istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühüm rolu vurğulanıb.
 
Sonra Vətən Müharibəsində iştirak etmiş agentlik əməkdaşları mükafatlandırılıb, tədbir çərçivəsində isə “Zəfər Yollarında” adlı filmin anonsu nümayiş etdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az