Daha həcmli və uzun kirpiklərin sirri

08:09 - 21 Dekabr 2021

Daha həcmli və uzun kirpiklərin sirri

Bütün xanımlar daha həcmli və uzun kirpiklərə sahib olmaq istəyir. Lakin gündəlik makiyaj onların tökülməsinə səbəb ola bilər.

 

Manset.az ev şəraitində kirpikləri uzatmağa yardım edəcək maskaları təqdim edir. 

Tərkibi:

Gənəgərçək yağı- 1 xörək qaşığı
Kokos yağı - 1 çay qaşığı
Vitamin E yağı - ½ çay qaşığı

Göz makiyajını tam təmizlədikdən sonra qarışımı kirpiklərinizə çəkin. Bu üsuldan bir ay ərzində istifadə edərək nəticəni əldə edə bilərsiniz. Bu qarışımı qaşlarınızda da tətbiq edə bilərsiniz.

Tərkibi:

Kokos yağı - 2 xörək qaşığı
Lavanda efir yağı - 1 və ya 2 damcı

Makiyajı tam sildikdən sonra tuş vasitəsilə qarışımı kirpiklərinizə çəkin. 4-5 həftə ərzində daha uzun kirpiklərə sahib ola biləcəksiniz.

Tərkibi:

Aloe vera geli - 3 çay qaşığı
Gənəgərçək yağı - 1 çay qaşığı
Vitamin E yağı - ½ çay qaşığı 

Bu qarışımdan 6 həftə ərzində istifadə kirpiklərinizi daha həcmli və uzun edəcəkdir.

Bir neçə həftə zeytun yağı və ya vazelindən istifadə də kirpiklərinizi daha həcmli edə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az