“Mən məktəbdə oxuyanda da pul yığılırdı” - Təhsil naziri

12:50 - 21 Dekabr 2021

“Mən məktəbdə oxuyanda da pul yığılırdı” - Təhsil naziri

“Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi”. 

Manset.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, valideynlər ümumiyyətlə məktəbin idarəolunmasında iştirak etməməlidir: 

“Dövlətin hamı üçün hər şeyi etmək imkanı yoxdur. Məktəblərdə pul yığımı qanun pozuntusudur. Bunun üçün qayda olmalıdır. Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olur. Bu yığım qeyri-qanuni olmamalı, şəffaf olmalıdır. Valideyn-Müəllim Assosiasiyaları ictimai qurumdur, Təhsil Nazirliyinə tabe deyil. O təşkilatın müəllim və valideynləri nə qədər təmsil etməsi vacibdir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az