Bakının Binəqədi rayonunda, Binəqədi şosesindəki təmir işləri başa çatmaq üzrədir.
Manset.az-ın məlumatına görə may ayından başlayan kanalizasiya xətti çəkilişləri 6 aydan sonra yekunlaşır.
Artıq sadəcə yolun qazılmış hissəsinə asfalt çəkmək qalıb.
Qeyd edək ki, Binəqədi şosesi və Azadlıq prospektindən Biləcəri körpüsünə qədər olan yol hər gün pik saatlarda ağır tıxacları ilə məşhurdur. Bu şosse Azadlıq prospekti ilə Binəqədi, Mehdiabad, Digah, Fatmayi, Goradil, Pirşağı, Novxanı, Sumqayıtı əlaqələndirir.