“Mənə ürək-dirək lazım deyil, zatən həyatımın mənasını itirmişəm. Əvəzində bu faciə ilə bağlı məlumatları paylaşıb gündəmdə saxlayın”.
Manset.az xəbər verir ki, bu sözləri Yasamalda baş verən yanğın zamanı həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov şəxsi instaqram səhifəsində yazıb.
“Eyni zamanda sahibkarın, bu özbaşınalığa rüşvət qarşılığında göz yuman səlahiyyətli şəxslərin hər birinin məsuliyyətə cəlb edilmələrini tələb edirəm”,- deyə o digər bir paylaşımında qeyd edib.