“TikTok”da əxlaqsız paylaşımlara görə yenidən həbs edildi

11:34 - 27 Noyabr 2025

“TikTok”da əxlaqsız paylaşımlara görə yenidən həbs edildi

“TikTok”da cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşımlar, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayan 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.


Manset.az xəbər verir ki, həmin şəxs “Eliş 020” adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyd edilən paylaşımları edib.

E.Nəbiyev saxlanılarkən ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb və E.Nəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E.Nəbiyev oktyabr ayında da oxşar əməllərə görə həbs edilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az