Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda minaya düşüb.
Manset.az Gununsesi.info-ya istinadən xəbər verir ki, mina partlayışı nəticəsində hərbçimiz ağır yaralanıb.
Yaxınları saytımıza açıqlamasında onun ayaqlarından birinin amputasiya olunduğunu bildiriblər.
Vəziyyəti ağır olan V.Cabbarov hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.