Bu kəndlərdə işıq olmayacaq

10:38 - 28 Noyabr 2025

Bu kəndlərdə işıq olmayacaq

Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bu gün 35 kV-luq “Lerik-1” və “Lerik-2” hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:30-dan 12:30-dək Diryan, Gürdəsər, Lərmərud, Livədirqə, Nücü, Şingədulan, Zenoni, Züvüç kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az