Biləsuvarda motosiklet aşdı - Xəsarət alanlar var

18:49 - 28 Mart 2026

Biləsuvarda motosiklet aşdı - Xəsarət alanlar var

Biləsuvarda motosiklet aşıb, xəsarət alanlar var.


    Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

    Aranlı kənd sakini 1994-cü il təvəllüdlü Elnur Bayramov idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

    Qəza nəticəsində motosikletin sürücüsü və motosikletdə olan 1979-cu il təvəllüdlü Matıyev Samir müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıblar.

    Yaralılara ilkin tibbi yardım göstərilib. E. Bayramovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb. S. Matıyevin isə müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az