Rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzaninin evi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.
Manset.az Reuters-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Agentlik yazır ki, hücum zamanı hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat daxil olmayıb. Eyni zamanda, Duhokda Peşmərgə döyüşçülərinin bazası yaxınlığında daha bir dron müəyyən edilərək hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani hadisəni kəskin pisləyib və Bərzani ilə telefon əlaqəsi saxlayaraq dəstəyini ifadə edib.
Baş nazirin göstərişi ilə hadisənin araşdırılması, günahkarların tapılması və ölkənin suverenliyinin qorunması məqsədilə federal hökumət və regional hökumətin təhlükəsizlik qurumlarından ibarət birgə istintaq qrupu yaradılıb.
Qeyd edək ki, bu hücum regionda davam edən gərginlik fonunda İraq Kürdüstanına qarşı həyata keçirilən növbəti hava zərbəsidir.