Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil olunub - FOTOLAR

12:06 - 28 Noyabr 2025

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil olunub - FOTOLAR

Noyabrın 28-də Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələrinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediaturu təşkil olunub.


Manset.az xəbər verir ki, tədbir gömrük sistemində reallaşdırılan islahatlar, tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, həmçinin hava nəqliyyatında gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması  məqsədilə keçirilib.

 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında keçirilən brifinqdə hava nəqliyyatında gömrük işinin təşkili, spesifik xüsusiyyətləri, gömrük postları və digər məsələlərlə bağlı məlumat verilib.

 Daha sonra media nümayəndələri Heydər Əliyev Beynəlxalq Havalimanında gömrük işinin təşkilini əyani şəkidə izləyiblər.

Bakı Karqo Terminalında mallar üzərində gömrük nəzarətinin və rəsmiləşdirilmə proseslərinin təşkili, həmçinin poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük nəzarətindən keçirilməsi ilə bağlı məlumat verilib.

Eyni zamanda media nümayəndələri “Terminal 1” gömrük postunda şəxslərin sərhədkeçmə proseslərini, əl yükü və baqajlara tətbiq olunan gömrük nəzarəti tədbirlərini, “yaşıl kanal”, “qırmızı kanal” buraxılış sistemlərinin iş prinsipini və rəsmiləşdirilmə əməliyyatlarını əyani şəkildə izləyiblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az