Ağdaş rayonunda 514 ədəd torpaq sahəsi Şirvan suvarma kanalının yenidən qurulması çərçivəsində qiymətləndiriləcək.
Manset.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.
Söhbət xüsusi mülkiyyətdə olan 400 və bələdiyyə mülkiyyətində olan 114 torpaq sahəsindən gedir. Tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinin zərəri kompensasiya ediləcək.
Bundan başqa, Ağdaşda 32 tikili və 71496 ədəd ağac qiymətləndiriləcək.