Azərbaycanda yeni ata olanlara 14 gün məzuniyyət veriləcək

14:18 - 03 Dekabr 2025

Azərbaycanda yeni ata olanlara 14 gün məzuniyyət veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi qanunvericiliyə salınır.


Manset.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az