Binə TM-də transformator partladı - İşıqlar kəsildi

21:25 - 14 Dekabr 2025

Binə TM-də transformator partladı - İşıqlar kəsildi

Binə Ticarət Mərkəzində saatlardır elektrik enerjisinin kəsildiyi bildirilir.


Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunur ki, soyuq hava və qaranlıq səbəbindən mağaza sahibləri obyektləri erkən bağlamaq məcburiyyətində qalıb.

Məlumata görə, ticarət mərkəzinin yaxınlığında yerləşən 35 kV-lıq transformator partlayıb.

Nəticədə ticarət mərkəzinə elektrik verilişində fasilə yaranıb.

Hazırda problemin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən işlər aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az